Cümə axşamı , 2 May 2024
Drone Cameras

Dövlət Komitəsinin sədri məscidləri QMİ-nin Qurban bayramı ilə bağlı verəcəyi fətvaya əməl etməyə çağırıb

“Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının verdiyi fətvayla bayram namazı və digər məsələlər elan ediləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

“İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə əməl olunacaq. Dövlət Komitəsi bununla bağlı üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirəcək”,- o söyləyib.

Check Also

Allahşükür Paşazadə: İlk dəfədir Ramazan bayramı namazı bütöv Azərbaycanda qılınır

Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. …