Cümə , 10 May 2024
Drone Cameras

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunacaq.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib. Azərbaycanın Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Check Also

YAP parlament seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. …