Bazar , 19 Yanvar 2025
Drone Cameras

Dövlət Xidməti: “Elektron satınalmalarda bu il böyük artım gözləyirik”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidməti bu il elektron dövlət satınalmalarında böyük artım gözləyir.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

“Ötən il satınalmalarda iştirak haqları kəskin azaldılıb və Nazirlər Kabineti bunu reqlamentləşdirib”, – deyə o, əlavə edib.

Bundan başqa, M.Abbasbəyli deyib ki, dövlət satınalmaları ilə bağlı yeni qanun qəbul edildikdən sonra bütün satınalmalar elektron qaydada həyata keçiriləcək və kağızla satınalma tarixə çevriləcək: Yeni qanun layihəsi mütərəqqi dünya təcrübəsi nəzərə alınaraq hazırlanıb, ötən il sənədin dövlət qurumları ilə I əlaqələndirilməsi baş verib. Hazırda qanun layihəsi müvafiq qurumlarla razılaşdırma mərhələsindədir. Ümid edirik ki, bu il sənəd qəbul edilər”.

Check Also

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində növbəti görüş oldu

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə Müstəqil …