Bazar , 27 Aprel 2025
Drone Cameras

Dövlət Xidmətinin Qarabağ və Şərqi Zəngəzurda regional idarələri yaradılacaq

“Azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin yaradılması nəzərdə tutulur”.

Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında çıxışında deyib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin regional idarələrinin Qarabağ və Şərqi Zəngəzur zonalarında yaradılması planlaşdırılır.

Nazir həmçinin bildirib ki, il ərzində hədəf 9 istiqamət üzrə fəaliyyət planının həyata keçirilməsi olub: “Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması istiqamətində 2030-cu ilədək strategiyanın hazırlanması üzərində iş gedir. Bununla bağlı yerli və xarici təcrübə öyrənilir. Bu sənəddə 5 prioritet istiqamət var. Xüsusi olaraq idarəetmə sisteminin daha şəffaf olmasını istərdik”.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …