Şənbə , 23 Noyabr 2024
Drone Cameras

DSMF-dən uşaqlara müavinət ödənişi üçün xərclərin artırılması təklif olunur

“Azərbaycanda əlilliyin təyinatı ilə bağlı ciddi problemlər var”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.

“Son illər əlillik təyin edilmiş şəxslərin sayı kəskin azalıb. Bu məsələyə diqqəti artırmaq lazımdır”, – deyə o qeyd edib.

Bundan başqa, millət vəkilin sözlərinə görə, DSMF-dən uşaqlara ödənilən müavinət üçün cəmi 30 milyon manat vəsait ayrılır: “Bu, böyük rəqəm deyil və ona yenidən baxılmalı, məbləğ artırılmalıdır”.

V.Əhmədov həmçinin deyib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının vaxtı çatıb: “Niyə bir ölkədə bir pensiya fondu olmalıdır? Bununla bağlı dünya təcrübəsi də var”.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …