Cümə , 25 Aprel 2025
Drone Cameras

DTX-də Naxçıvan Səhiyyə Nazirliyindəki maliyyə pozuntuları ilə bağlı cinayət işi başlanıb

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində və onun tabeliyində olmayan qurumlarda apardığı kənar dövlət maliyyə nəzarət tədbiri nəticəsində dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində hüquqpozmalara yol verildiyi müəyyən olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, aşkar edilmiş pozuntularla bağlı müvafiq materiallar Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.

Xidmətdən daxil olan məlumatlara əsasən, 1 audit üzrə aşkar edilən qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Check Also

Hesablama Palatası Naxçıvanda aşkarladığı pozuntularla bağlı Baş Prokurorluq və DTX-yə müraciət edib

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi …