Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Dubayda baş verən qəza Ermənistanın PLANLARINI POZDU

Dubayda keçirilən aviaşouda pilot Namanş Sialın ölümünə səbəb olan qəzadan sonra Ermənistan 1,2 milyard dollara Hindistan istehsalı 12 “Tejas” döyüş təyyarəsinin alınması ilə bağlı danışıqları dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri yazıb.

İrəvandakı mənbələr bildiriblər ki, qəzanın görüntüləri bütün proqrama dərhal texniki baxış keçirməyə vadar edib.

Məlumata görə, minlərlə tamaşaçının gözü qarşısında baş verən qəza Hindistanın ixrac ambisiyalarına ciddi zərbə vurub və Nyu-Dehlinin qlobal silah bazarındakı mövqeyini xeyli zəiflədib. 

Qeyd edək ki, “Hindustan Aeronautics Limited” tərəfindən hazırlanmış 4,5 nəsil qırıcı HAL “Tejas” uzun müddətdir ki, büdcəsi məhdud olan ölkələr üçün əlçatan, texnoloji baxımdan adaptiv döyüş təyyarəsi kimi təqdim olunurdu. Təyyarələr Hindistan Hərbi Hava Qüvvələrində köhnəlmiş MiQ-21-ləri əvəz etmək üçün nəzərdə tutulub. İlk partiyanın yalnız 40-ı indiyədək çatdırılıb və Qərb sistemləri ilə təkmilləşdirilmiş A1 versiyası istehsal olunur.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …