Bazar , 11 Yanvar 2026
Drone Cameras

Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını azaldıb

Dünya Bankı bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını azaldıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənəddə deyilir ki, bu il iqtisadi artımla bağlı proqnoz 3,1 %-dən 2,7 %-ə, gələn il ÜDM-in artım proqnozu isə 2,7 %-dən 2,2 %-ə endirilib.

Dünya Bankı Gürcüstan və Ermənistanda ÜDM-in artımı ilə bağlı proqnozlarına da yenidən baxıb. Belə ki, qurum bu il Gürcüstanda iqtisadi artımın 2,5 %, gələn il isə 5,5 % olacağını gözləyir ki, bu da müvafiq olaraq 3 faiz bəndi az və 0,5 faiz bəndi çoxdur. Ermənistanda bu il üçün iqtisadi artım proqnozu 3,6 faiz bəndi azaldaraq 1,2 %-ə, gələn il üçün ÜDM-in artım proqnozu isə 0,8 faiz bəndi azaldaraq 4,6 %-ə endirilib.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …