Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sarah Maykl ilə onlayn formatda görüş keçirilib.

Bu barədə  Mərkəzdən məlumat verilib.

Məlumata görə, görüşdə qurumun icraçı direktoru Vüsal Qasımlı post pandemiya dövründə iqtisadiyyatın dinamikası və aparılan sistemli dəstək tədbirləri nəticəsində əldə olunan inkişaf barədə məlumat verib.

Mərkəzin 5 illik fəaliyyəti ərzində həyata keçirilən iqtisadi-sosial və institusional islahatların hazırlanması və xüsusilə monitorinq və qiymətləndirmə potensialının gücləndirilməsi sahəsində Dünya Bankının dəstəyi yüksək qiymətləndirilib. Həmçinin, logistika, ticarət, kənd təsərrüfatı, təhsil və digər sektorlar üzrə Dünya Bankının qiymətləndirmə hesabatları əsasında Mərkəzdə keçirilən ənənəvi “Bilik Sərgiləri”nin əhəmiyyəti vurğulanıb. Azad olunan ərazilərin bərpası, “ağıllı kənd” inkişaf planı, regional logistika və ticarət imkanlarının araşdırılmasında gələcək əməkdaşlıq perspektivləri qeyd olunub.

Xüsusilə monitorinq və qiymətləndirmə üzrə beynəlxalq qurumlara Mərkəzin inteqrasiya olunması və birgə layihələrin həyata keçirilməsində Dünya Bankının dəstəyinin əhəmiyyətli olduğu bildirilib. Mərkəz ilə əməkdaşlığın faydalı və nəticə-əsaslı olmasından məmnunluğunu bildirən xanım Sarah Maykl insan kapitalının inkişafı, maliyyə, “ağıllı kənd” mövzularında Dünya Bankının gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, Mərkəzlə gələcəkdə də müzakirə olunan sektorlar üzrə birgə əməkdaşlıq davam etdiriləcək.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …