Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Dünya şöhrətli musiqiçi zərb alətində ifa edə bilməyəcək

Dünya şöhrətli musiqiçi Fil Kollinzin səhhətində problem yaranıb.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə 70 yaşlı bəstəkar-müğənninin özü məlumat verib.

O, əlləri işləmədiyi üçün artıq baraban çalmayacağını və bundan sonra “Genesis” qrupunun çıxışlarında zərb alətində oğlu Nik Kollinzin ifa edəcəyini bildirib.

F.Kollinz 2000-ci illərin sonlarında onurğasından ciddi zədə alıb.

Qeyd edək ki, F.Kollinz pop/rok janlarında ifalarına görə müxtəlif illərdə 7 dəfə “Qremmi”, 2 dəfə də “Qızıl Qlobus” mükafatına layiq görülüb. Eyni zamanda “Tarzan” multfilminin mahnısına görə “Oskar” mükafatı alıb.

Xatırladaq ki, F.Kollinz 2020-ci ilin martında qrupu ilə birlikdə dünya turuna çıxacağını açıqlayıb. Ancaq “The Last Domino 2021” turu koronavirus səbəbindən təxirə salınıb. Buna baxmayaraq, qrupun ABŞ və Avropada konsert proqramı ilə çıxış edəcəyi bildirilib.

Check Also

Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib. Boyukmillet.com xəbər verir …