Cümə , 22 Noyabr 2024
Drone Cameras

Düşmənlərimiz bizi kiçiltməyə çalışdıqca biz böyüdük… – Sabir Rüstəmxanlının bayram təbriki

Xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Boyukmillet.com  xəbər verir ki, təbrikdə deyilir:

Əziz bacılar və qardaşlar, dəyərli soydaşlarım!
Vətən Müharibəsindəki qələbəmizdən sonra yaşadığımız gərgin, mürəkkəb, ümid və qürurla dolu bir ili başa vururuq. İlin əvvəlindən axırına hamımız 44 günlük müharibədəki parlaq qələbəmizin xoş ovqatı ilə yaşamışıq. Eyni zamanda, erməni vandalizmi nəticəsiində viran qoyulmuş torpaqlarmızın ağrısı, şəhidlərimizin dərdi içimizdədir. 30 il ərzində dağıdılmış yurdlarımızın bərpası yolunda atılan addımlar nə qədər çətin olsa da, bir sıra dünya dövlətləri Azərbaycanın qələbəsi faktına nə qədər qısqanclıqla yanaşsalar da, Cənubi Qafqazda münaqişələrin səngiməsində maraqlı olmayan qüvvələr çeşidli sorunlar yaratmağa çalışsalar da, 2021-ci il də tarıxımızdə şərəfli bir il kimi qalacaq. Buna görə də yeni ili başıucalıqla, inamla, quruculuq  əzmi ilə qarşılayırıq. İndi dünya azərbaycanlıları həmrəylik ideyası ətrafında həmişə olduğundan daha sıx birləşiblər və 31 Dekabr əsl milli birlik bayramına çevrilib. 2021 -ci il həm də Türk Dövlətlərinin tarixində yeni bir eranın başlanqıcı oldu, düşmənlərimiz bizi kiçiltməyə çalışdıqca biz böyüdük və böyüyəcəyik!..
Yer üzündə yaşayan, səsimizi eşidən bütün həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik bayramı və Yeni il münasibəti ilə ürəkdən təbrik edir,  hamıya can sağlığı və həyatında, işlərində uğurlar arzulayıram.
Sabir RüstəmxanlıMillət vəkili,Dünya Azərbaycanlıları Konqresinin eşbaşqan31.12.  2021

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …