Cümə , 25 Aprel 2025
Drone Cameras

DYP-dən xəbərdarlıq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən  daxil olan xəbərdarlıqda deyilir:

“Son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur. Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Qeyd olunan hal ilk öncə paytaxt sakinlərinin narahatlığına və haqlı narazılığına səbəb olur.

Sürücülərimiz onu bilməlidir ki, “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə, bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər”.

“Bir daha sürücülərdən xahiş edirik ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər”, – müraciətdə bildirilib.

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …