Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Ebolanı kəşf edən alim dünyanı gözləyən yeni təhlükədən danışıb

Professor Jan-Jak Muembe-Tamfum, yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, professor bu barədə CNN-ə müsahibə verərkən söyləyib.

Muembe-Tamfum 1976-cı ildə Ebola virusunu aşkar edən alimdir.

Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.

O, eyni zamanda bildirib ki, bu gələcəkdə “böyük pandemiyaya” səbəb ola bilər. Jurnalistin “Ebola gələcəkdə COVID-19 kimi sürətlə yayıla bilərmi” sualına Muembe-Tamfum belə cavab verib:

“Biz yeni patogenlərin ortaya çıxacağı bir dünyada yaşayırıq. Və bu da həyat üçün təhlükəlidir”.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …