Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,5 % artacağını proqnozlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə EBRD “Regional İqtisadi Perspektivlər” hesabatında məlumat yayıb.

Bank gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,7 % olacağını gözləyir.

EBRD Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1,6 %, gələn il isə 3,2 % böyüyəcəyini proqnozlaşdırdığını bəyan edib. 

Bundan başqa, Bank fəaliyyət göstərdiyi regionlarda iqtisadi artımla bağlı gözləntisini sentyabr ayındakı hesabatla müqayisədə 0,9 faiz bəndi azaldaraq 3 %-dən 2,1%-ə endirib. Kredit təşkilatı gələn il isə regionlarında iqtisadi artımın 3,3 %-ə qədər yüksələcəyini gözləyir.

“Yüksək qaz qiymətləri və davamlı inflyasiya EBRD-nin regionlarında iqtisadi perspektivə təsir etməkdə davam edir”- deyə EBRD bəyan edib.

İnflyasiyadan söz düşmüşkən, EBRD-nin regionlarında orta illik inflyasiya oktyabrda 17,5 %-ə çatdıqdan sonra dekabrda 16,5%-ə düşüb. Sonuncu dəfə bu göstərici 1998-ci ildə qeydə alınıb. 

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …