Şənbə , 27 Aprel 2024
Drone Cameras

Əfsanəvi “Eloğlu Yusif”…

“Eloğlu Yusif”—Kazımov Yusif Əli oğlu…(1924-1988)

O, 1924-ci ildə Salyan rayonunda “naxırçı Əli”-nin ailəsində dünyaya göz açmışdır.
Ötən əsrin 50-60-cı illərində 19 il cəza çəkdiyi Rusiyanın ən sərt rejimli “Belıy Lebed” həbsxanasından başlayaraq ağlasığmaz mərdliyi və dözümlüyü sayəsində çox böyük nüfuz qazanmışdır. O, dövrdə Rusiya həbsxanalarında cəza çəkən azərbaycanlıların ən böyük təəsübkeşi , mərd və qoçaq , milləti yolunda həbsxana həyatında hər cür əzablardan qalib çıxmış təmiz kişi adını qazanmışdır.
Oğlu Əli deyir ki, atası Böyük vətən müharibəsi iştirakçısı olub. Müharibədən qayıtdıqdan sonra 1946-cı ildə ondan asılı olmayan kütləvi dava-dalaşa görə həbs olunaraq cəza çəkmək üçün Rusiyaya həbsxanasına göndərilmişdir.
Məhz əsl olaylar da bundan sonra baş verir.
Yusif azərbaycanlı dustaqlara qarşı cinayətkar aləmin bəzi “zakonnik”ləri və həbsxana heyəti tərəfindən aşağılayıcı hərəkətləri görərək nümayişkaranə etirazını bildirir. Bu isə ona asan başa gəlmir. Tərəflər sözü bir yerə qoyaraq Yusifi sındırmaq üçün hər cür zorakılığa əl atırlar.Amma qarşılarında əfsanəvi iradəyə və lazım gələndə qəddarlığa malik bir türkü qarşılarında gördükdə çaşıb qalırlar.
Əslində 5-6 illik cəza çəkmək üçün Rusiyaya gətirilmiş Yusif azərbaycanlıların qənimi “Medved” ləqəbli qaniçən cinayətkarı içəridə qətlə yetirdiyi üçün burada 19 il “yubanmalı” olur.
Oğlu Əli deyir ki, bu qədər nüfuz və əziyyətlərinə baxmayaraq Yusif kişi ona verilən “oğru” adından imtina edərək deyib ki, mənə ata-anamın verdiyi ad kifayət edər. Elə ona görə də o “Eloğlu Yusif “ adını qazanır.


Əli deyir ki, ” atam poeziya həvəskarı idi , onun ən yaxın dostlarından biri Xəlil Rza Salyana gələn kimi mütləq bizim evə baş çəkərdi.”

Ən sərt rejimli həbsxanalardan biri də Rusiyanın “Belıy Lebed” həbsxanasıdı.Bu həbsxananın ən idealist “vor”ları belə deyək ki oğru ideyasından döndərmək üçün tikmişdilər. Burdakı “zakonniklərin”, dustaqların çoxu ya fiziki cəhətdən məhv edilirdi, ya da öz əqidələrindən dönmək zorunda qalırdılar.
Ən dözümlü “oğrular” yalnız onlar üçün yaradılmış “Belıy Lebed” kimi xüsusi həbsxanalara salınır, qeyri-insani şəraitdə neçə illər dözəsi olurdular. Titulunu ən kritik hallarda belə gizlətmək “oğru” üçün günah, yolverilməz sayılırdı. İdeyalı vorlar adını danmaqdansa, ölümü üstün tuturdular.
Məşhur idealist vorların bəzilərinin son mənzili məhz Belıy Lebed idi, hətta ölümləri belə gizlin saxlanılırdı “Belıy Lebedin” ərazisində bastırlırdı.
Qeyd edim ki, “Belıy Lebed” də əfsanəvi qanuni oğru, Lotu Bextiyar da iki dəfə cəza çəkib.
“Eloğlu Yusif”in sorağı Salyana da çatdığından rayon ictimaiyyətinin arzusu ilə o zamankı Salyan RPK-nin birinci katibi, büllur kimi saf insan Aslan Hüseynovun təşkilatçılığı ilə SSRİ Ali Sovetinə müraciət göndərilir . Nəticədə “Eloğlu Yusif” həbsindən 19 il sonra azad olunaraq Salyana, öz elinə obasına qayıdır.
Əfsanəvi həyat yolu keçmiş xalqına torpağına bağlı olan Eloğlu Yusifə Allahdan rəhmət diləyirik.

Emil Məmmədov

Check Also

MÖHSÜM QƏDİROĞLU: KİŞİLİK KARVANININ, SƏRRAF SARVANI!!

Ayaq tutdun, sən güc aldın Göyçədən,Göyçə səndən borc gözləyir qardaşım.Elə çalış, elə yaşa, vuruş ki,İnciməsin, …