Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Elçin Quliyev: “Prezident həlak olanların dəfni, yaralıların müalicəsi ilə bağlı tapşırıqlar verib”

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Dəfn tədbirləri sabah valideynlərlə məsləhətləşilməklə həyata keçiriləcək”.

Boyukmillet.com xəbər ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, helikopter qəzasında həlak olan hərbçilərə şəhid statusu verilib-verilməyəcəyinə də aydınlıq gətirib: “Qanunvericilik hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara avtomatik olaraq şəhid statusunun verilməsini nəzərdə tutur”. 

Check Also

NATO Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurub

İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir …