Cümə , 26 Aprel 2024
Drone Cameras

Elektron ticarətin geyim idxalçılarına yaratdığı problemlər müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə onlayn formatda görüşüb.

Boyukmillet.com xəbər verir ki, Assosiasiya 200-dən çox brend geyim mağazasını birləşdirən vergi ödəyicilərini təmsil edir. Görüşdə sektorda mövcud vəziyyət, sahibkarların vergitutma sahəsində qarşılaşdığı çətinliklər, pərakəndə geyim idxalı sahəsində istehlakçıların fərdi şəkildə elektron ticarət vasitəsilə mal idxalının bu sektorda fəaliyyət göstərən şirkətlər üçün haqsız rəqabət şəraiti yaratdığı hallar, rəsmi idxalçılara vergi güzəştlərinin verilməsinin mümkünlüyü, sektorun inkişafı üçün sahibkarların qaldırdığı məsələlər müzakirə olunub.

Sahibkarların təklifləri qeydə alınıb və onların öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Check Also

Mustafa Abbasbəyli: “Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq”

Azərbaycanda rəsmi karyera portalınında kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq. Boyukmillet.com xəbər verir ki, …