Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Elmar Baxşıyev: “Əvvəlki oyunlarda qələbə üçün nəsə çatışmırdı”

“Komandamın çıxışından razıyam. 6 turdan sonra qələbə qazandıq. Əvvəlki oyunlarda da bunu edə bilərdik. Sadəcə, nəsə çatışmırdı”.

Boyukmillet.com xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev evdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis 3 xal üçün komandasına təşəkkür edib: “Bu gün istəyimizə çatdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Komandada oyun baxımından sıxıntı hiss etmirəm. Bəli, daha yaxşı ola bilərik. “Qəbələ” getdikcə daha məzmunlu oyun sərgiləyəcək”.

Onun sözlərinə görə, son dəqiqələrin gərgin keçməsi normal hadır: “Bir tərəfdən, qol epizodları yaratmağımız məni sevindirir. Çünki bunun üçün güc tələb olunur. Digər tərəfdən isə imkanları qola çevirmədikcə rəqibə şans verirsən”.

Baxşıyev zədəsini yenicə sağaldan Yaovi Akakpo ilə yaşının çoxluğuna baxmayaraq istəkli görünən Asif Məmmədovun çıxışına da toxunub: “Ötən tur Akakpoya oynamaq şansı vermişdik. Lakin hələ tam hazır deyil. Zamana ehtiyac var. Amma məşqlərdə müsbət siqnallar görürük. Növbəti turlarda daha çox oynamaq imkanı qazanacaq. Kapitana gəlincə, futbolçunun həvəsli olması normaldır. Universal oyunçudur. Həm müdafiədə, həm də hücumda komandaya öz köməyini göstərə bilir”.

Mütəxəssis 4-cü pillədə yer alan “Zirə”nin “Qarabağ”la sabahkı oyunu barədə düşünmədiklərini söyləyib: “Biz öz oyunumuz üzərində dayanmışıq. Ən önəmlisi odur ki, komandamız necə nəticə qazanacaq. Rəqib xal itirəcək, ya itirməyəcək, bu barədə fiirləşmirik”.

Baş məşqçi “Sumqayıt”la görüşdə fərqlənən Rafael Utziqdən narazılığının olmadığını vurğulayıb: “Kənardan bəlkə də Utziqin hansısa probleminin olduğu görünür. Amma belə deyil. Yeganə çatışmazlıq az qol vurmağıdır. Unutmayaq ki, son 3 oyunda 2 dəfə fərqlənib. Ondan narazılığım yoxdur”.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …