Cümə axşamı , 2 May 2024
Drone Cameras

Elmira Axundova özünü belə biabır etdi – VİDEO

“Zaman nə tələb edirdi, Heydər Əliyev də elə olurdu… Kommunist də ola bilərdi, dindar da, ateist də…”.

Bunu Azərbaycanın Ukraynadakı səfiri, uzun müddət parlamentdə mandat daşıyan, ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti haqqında kitablar yazan Elmira Axundova deyir. 

Elmira Axundovanın sözlərinə dəfələrlə qulaq asa bilərsiniz, amma xanım səfirin ulu öndər Heydər Əliyevi “təriflədiyi”, yoxsa, “tərif adı altında” ümumilli lideri çox mənfi obrazda göstərməyə çalışdığı şübhələri, sualları yaranır.

O da şübhələrə səbəb olur ki, palaz-palaz kitablar yazan Elmira Axundovanın yazdıqları yalan imiş, yoxsa…

“Qaş düzəltmək istəyəndə vurub göz çıxarmaq” buna deyərlər, amma bəlkə də Elmira Axundova Heydər Əliyev haqqında illərdir şüuraltında mövcud olan gerçək fikirlərini istəmədən də olsa üzə çıxardı. Axı insan nə qədər gizlədirsə gizlətsin, şüuraltı qatında mövcud olanlar bu və ya digər formada üzə çıxır. Açıq qalan suallar çoxdur, amma fakt budur ki, xanım səfir “tərif” adı altında ümummilli lider Heydər Əliyev haqqında danışarkən, əndazəni aşır, çoxmənalı fikirlər səsləndirir.

Elmira Axundova müsahibəsində deyir:

“Heydər Əliyev həmişə dəyişə bilirdi. Kommunist rejimi vaxtı o, əsl kommunist idi. Lazım idi SSRİ-ni müdafiə etmək, o SSRİ-nin qurucusu idi, amma müstəqillik dövründə o, tam başqa bir lider oldu. Onun üçün milli maraqlar əsas idi, millli maraqlar naminə kommunist də ola bilərdi, dindar da ol bilərdi, ateist də ola bilərdi”.

Ardınca xanım səfir qəribə formada gülür. Dediyi çoxmənalı fikirlər və gülüşü Elmira Axundovanın ümumilli lideri “tərif” altında mənfi obrazda göstərmək niyyəti görünür. Hər-halda çıxışına baxanlar bunu aydın görə bilərlər. Təsadüfi deyil ki, Elmira Axundovanın bu fikirləri sosial şəbəkələrdə “Elmira Axundova Heydər Əliyevi biabırçı formada “tərifləyir” şərhi ilə paylaşılıb.Gələk Elmira Axundovanın etdiyi çıxışına. Xanım səfir deyir ki, “Heydər Əliyev həmişə dəyişə bilirdi”.

Burada ümumilli liderin şəxsiyyətinin yumşaq desək, yanlış formada təqdim edilməsi var.

Daha sonra o qeyd edir ki, “Kommunist rejimi vaxtı o, əsl kommunist idi. Lazım idi SSRİ-ni müdafiə etmək, o SSRİ-nin qurucusu idi”.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …