Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Hərbçilərin “Zəfər” zirvəsinə ekspedisiyası başa çatıb – VİDEO

Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü ilə əlaqədar təşkil olunmuş “Qarabağ Azərbaycandır!” adlı ekspedisiya başa çatıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Ekspedisiya üzvləri HHQ-nin zabiti polkovnik-leytenant Zal Nəbiyevin rəhbərliyi və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayevin iştirakı ilə Quba rayonu ərazisindəki “Zəfər” zirvəsinə yürüş ediblər.

Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə yerləşən “Zəfər” zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət Bayrağını, eləcə də Azərbaycan Ordusu, HHQ və “Qartal” Dağçılıq İdman Klubunun bayraqlarını dalğalandırıblar.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …