Cümə , 22 Noyabr 2024
Drone Cameras

Elşad Məmmədov: “Azərbaycan Cənubi Qafqazın ən mühüm ölkəsinə çevrilir”

“Əhalinin ən həssas təbəqələrinin sosial müdafiəsi üçün görülən tədbirlər sayəsində Azərbaycan pandemiyanın fəsadlarını, iqtisadi böhranı bir çox qonşu ölkələrdən daha tez dəf edib”.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib.

Ölkədə böhrana qarşı tədbirlərin bir sıra sahələrdə görüldüyünü söyləyən ekspert, başlıca müsbət nəticənin sosial sahədə əldə edildiyini deyib. Belə ki, son illər sosial müdafiə sahəsində əldə edilən şəffaflıq, müavinətlərin artırılması nəticəsində həm əhalinin alıcı qabiliyyətini qoruyub saxlamaq, həm də ölkədə sosial ədaləti və sosial sabitliyi ərsəyə gətirmək mümkün olub.

Xatırladaq ki, Bakıda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının komissarı O.Varhelyi Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə böyük nailiyyət qazandığını, pandemiyanın iqtisadi fəsadlarından yayınmağı bacardığını dilə gətirmişdi.

E.Məmmədov bildirib ki, pul kütləsinin, sərmayə həcminin artması üçün əlverişli imkanlara sahib olan Azərbaycan regiondakı yeni geosiyasi və iqtisadi şərtlər müstəvisində Cənubi Qafqazın ən mühüm dövlətinə çevrilir: “Ona görə də irimiqyaslı nəqliyyat dəhlizlərinin yaradılması, regiondakı yeni iqtisadi vəziyyətin bərqərar olması nəticəsində ölkəmizdə böyük layihələrin həyata keçirilməsi üçün münbit zəmin təşəkkül tapıb. Bu gün xarici güc mərkəzlərinin də, böyük şirkətlərin də Azərbaycana diqqəti artır. Bunun qarşıdakı illərdə daha da dərinləşəcəyinə ümidvaram”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …