Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Emin Ağalarovdan terrorla bağlı daha bir PAYLAŞIM – FOTO

Xalq artisti Emin Ağalarov Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, Ağalarov dəhşətli terror zamanı köməklik göstərən şəxslərə təşəkkür edərək, qeyd edib:

“Fədakar mühafizəçilərə, “Crocus City Hall” və ətraf təşkilatların əməkdaşlarına, faciə baş verən gecə əməyi keçən insanlara, yardım edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirirəm.

Hamımız üçün dəhşətli bir faciə yaşandı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı, zərərçəkənlərə bütün qəlbimlə şəfa və mənəvi güc arzulayıram”.

Xatırladaq ki, terror aktı törədilən “Crocus City Hall” Emin Ağalarovun atası Araz Ağalarova məxsusdur.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …