Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Emin Həsənli “Bengü-Türk” Televiziyasının qonağı olub – FOTOLAR

Türkiyədə səfərdə olan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli “Bengi-Türk” Televiziyasının qonağı olub.

Boyukmillet.com xəbər verir ki, televiziyanın “Həftəyə baxış” proqramında çıxış edən Emin Həsənli ABŞ rəsmi dairələrində son günlər Türkiyəyə qarşı yalançı “erməni soyqırımı” kartının gündəmə gətirilməsi, Qarabağdakı qondarma rejimin təmsilçisinin rəsmi dairələr tərəfindən qəbulu haqda danışıb. 

Həmçinin, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd edən E.Həsənli, iki qardaş dövlətin birgə addımlarının xalqlarımızı qələbələrə aparacağını vurğulayıb.

Səfər çərçivəsində E.Həsənli “Türkgün” qəzetinin redaksiyasında olub, qəzetə müsahibə verib. 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …