Cümə , 22 Noyabr 2024
Drone Cameras

Emin Həsənli: “Bu qərar ordunun komplekləşdirilməsinə heç bir mənfi təsir göstərməyəcək”

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini vətəndaşların çoxsaylı istəklərini nəzərə alaraq  abituriyentlərə növbəti şansın verməsi çox humanist bir addımdır və təqdirəlayiqdir”.
Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Birlik sədri hesab edir ki, bu Azərbaycan dövlətinin təhsilə verdiyi  önəmin daha bir bariz nümunəsidir.
“Bir ildən artıqdır ki, valideyn və abituriyentlər bunu gözləyirdi. Onlar hazırlaşmışdılar və istəyirdilər ki, övladları ali məktəbə qəbul ola bilsinlər. Onlar keçən il hazırlaşsalar belə qəbul ola bilməyiblər. Keçən il koronavirusa yoluxaraq iştirak edə bilməyən abituriyent də var idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərimizin təhsil alması üçün bu təqdirəlayiq  olan addımı atdı”.
Emin Həsənli bildirib ki, bu təsadüfü qərar deyil. “Bu qərar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının növbəti göstəricisidir. Cənab Prezident istəyir ki, Azərbaycanın gənclərimiz savadlı, bilikli, təhsilli  olsunlar”. 
Bu qərarı həm də müxtəlif təhlillərin nəticəsi hesab edən Emin həsənlinin sözlərinə görə, bu gün Silahlı Qüvvələrin komplektləşdirilməsinin prioritet vəzifələrdən biridir. 
“Bu gün Səfərbərlik Xidmətinin illərlə apardığı davamlı və məqsədyönlü işləri nəticəsində, həm səfərbərlik sahəsində, həm də çağırış bütün işləri elektronlaşdırıb və bütün ehtiyatda olan bütün hərbçilərin məlumatları toplanmışdır. Bu səfərbərlik üçün çox önəmlidir. Biz bunun müharibədə önəminin şahidi olduq. Çağıışçılar 15 yaşında qeydiyyata alınır, məlumatları analiz edilir. Bu zaman onların Hərbi Tibbi Komissiyadan keçirilir, onların sağlamlığı təhlil olunur. Verilən qərar ordunun komplekləşdirilməsinə heç bir mənfi təsir göstərməyəcək. Şükür olsun ki, bizim orduda kifayət qədər ehtiyat resursumuz var.
Qərara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən arayış almadan birbaşa imtahamda iştirak etmək mümkün olacaq. Bu da cənab Prezident İlham Əliyevin ortaya qoyduğu önəmli tapşırıqlardan biridir. Tapşırıq ondan ibarətdir ki, dövlət qurumları öz aralarında bu kimi məsələləri həll etsinlər.  Bu şəffaflığın təmin olunması üçün gözəl addımdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cənab Prezidentin ortaya qoyduğu tapşırıq olan şəffaflıq, vətəndaş məmnunluğu , problemlərin maksimun dərəcədə tez həll olunmasıdır. ASAN xidmət yeni bir model kimi  bu prosesləri həll edirsə, Silahlı Qüvvələrdə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  çağırış sistemində bu şəffaflığı yaradıb.  Ümumilikdə  bu məsələ həmin yaşda olan vətəndaşlar üçün şəffaflğın təmin olunması, vaxt itkisinə yol verilməməsi və imtahanı vermələri üçün gözəl şansdır. Mən həmin gənclərin hər birinə uğurlar arzulayıram və bu qərarı Azərbaycanda dövlət qurumlarının son zamanlar  apardığı təqdirəlayiq işlərdən biri kimi qiymətləndirirəm”. 

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …