Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Emin Hüseynov: “Əhali Qarabağa köçürülməmiş məşğulluğu təmin edilməlidir”

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhali köçürülməmiş onun məşğulluğu təmin edilməlidir və bu, qarşıya qoyulan əsas hədəflərdən biridir.

Boyukmillet.com xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Məşğulluq çox ciddi problemdir, burada fərdi yanaşma tələb edilir. Hər bir ailə üçün detallı şəkildə baxmalıyıq, ailələrin məşğulluq məsələsi həll edildikdən sonra köç məsələsi təmin edilməlidir. Şəhərsalma planlarında bu, nəzərə alınmalıdır”, – deyə o qeyd edib.

Check Also

DGK 228 min ABŞ dollarının qanunsuz ölkədən çıxarılmasının qarşısını alıb

Ötən il Dövlət Gömrük Komitəsi (DGK) qanunvericiliyin tələblərini pozaraq, Azərbaycanın gömrük sərhədindən 227,9 min ABŞ dolları məbləğində …