Cümə , 22 Noyabr 2024
Drone Cameras

Emin Hüseynov: “Azad olunan ərazilərə köçürülən sakinlər yeni həyata tez adaptasiya olunurlar”

“İşğaldan azad edilmiş Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin olunur”.

Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O deyib ki, Talış kəndində Novruz bayramının qeyd olunmasının xüsusi önəmi var: “Çünki bura köçmüş 20 ailə uzun illərdən sonra ilk dəfə işğaldan azad edilmiş kəndlərində Novruz bayramını qeyd edirlər. Bu bayram həmin insanlar üçün ikiqat sevincdir. Fürsətdən istifadə edərək demək istəyirəm ki, dövlətimiz işğaldan azad edilən kəndlərimizə köçürülən sakinlər üçün bütün lazımi infrastruktur yaradıb, onların məşğulluğu təmin olunub. Burada kiçik sahibkarlıqla məşğul olan sakinlərimiz, müxtəlif məşğulluq zərfləri ilə təmin olunan ailələrimiz də var”.

Prezidentin xüsusi nümayəndəsi söyləyib ki, azad olunan ərazilərə köçürülən sakinlər uzun illərin ayrılığına baxmayaraq, yeni həyata tez adaptasiya olurlar.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …