Cümə , 26 Aprel 2024
Drone Cameras

Emin Hüseynov: “Mina təmizlənməsi işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayır”

“Mina təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır”.

Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası üzrə layihələr həyata keçirilib, daha sonra isə iri şəhərlərin bərpası nəzərdə tutulub.

“Ağdam ərazisi 30 faizə yaxın, Füzuli 27 faiz, Xocalı 15,8 faiz, Xocavənd 5,3 faiz minalardan təmizlənib”, – Emin Hüseynov bildirib.

O, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətlərinin çəkildiyini, beynəlxalq hava limanının tikildiyini qeyd edib.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …