Şənbə , 28 Mart 2026
Drone Cameras

Emomali Rəhmon Əfqanıstanla sərhəddəki vəziyyət barədə Azərbaycan Prezidentini məlumatlandırıb

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Boyukmillet.com xəbər verir ki, tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.

Check Also

Azərbaycana xəyanət edən “alim”in əsl siması: İqbal Əbilovun arxasında dayananlar

Bəzi marjinal qrup və platformaların təkidlə dırnaqarası tarixçi-alim kimi sırımağa çalışdıqları İqbal Əbilovun əslində əsas …