Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ərdoğan Türkiyə – Azərbaycan təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib.

Boyukmillet.com-un məlumatına görə, sazişin təsdiqi barədə məlumat “Resmi Gazete”də dərc olunub.

Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib.

Sazişə əsasən tərəflər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edirlər və bu əməkdaşlığı genişləndirmək istəyirlər; enerji təhlükəsizliyinin təmin edilməsində bir-birinin və Avropa ölkələrinə eneıji təchizatı mənbələrinin şaxələndirilməsində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının mühüm rolunu təsdiq edirlər; Trans-Anadolu Təbii Qaz Boru Kəməri Sistemi (“TANAP”), Bakı-Tbilisi- Ceyhan Əsas İxrac Xam Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri və “Şahdəniz” yatağının 1-ci və 2-ci mərhələsindən təbii qazın alqı-satqısı üzrə uğurlu əməkdaşlığı vurğulayıblar. Sazişdə əməkdaşlıqla bağlı digər razılaşmalar da əksini tapıb.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …