Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ərdoğanı təhqir etdiyinə görə CHP sədrinə qarşı yarım milyon lirəlik iddia qaldırılıb

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə məhkəməyə verilib.

Boyukmillet.com “TRT Haber”ə istiandən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib.

Onun sözlərirnə görə, CHP sədri Özgür Özəl barəsində 500 min lirəlik iddia qaldırılıb:

“Özgür Özəlin CHP-nin növbədənkənar qurultayında prezidentimiz barəsində əsassız ittihamlar irəli sürdüyünə və təhqiramiz ifadələr səsləndirdiyinə görə məhkəməyə müraciət edilib və yarım milyon lirə təzminat ödənilməsi istənilib”.

H.Aydın həmçinin bildirib ki, Ankara Baş Prokurorluğunda məsələ ilə bağlı cinayət işi açılıb.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …