Çərşənbə , 30 Aprel 2025
Drone Cameras

Ermənistan parlamenti Azərbaycana görə təcili toplanır

“Ermənistan” və “Şərəfim var” fraksiyaları Ermənistan parlamentinin təcili iclasını çağırıb.

Müxalifət fraksiyaları Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinin parlamentdə müzakirə edilməsini tələb edir.

Ermənistan parlamentinin reqlamentinə əsasən deputatlardan dörddə bir hissəsinin tələbi ilə növbədənkənar iclas keçirilə bilər.

“Hraparak” nəşri yazır ki, müxalifət partiyaları apreldə başlayacaq 4 günlük sessiyasısının ilk əsas iclasında fövqəladə sessiyasının çağırılması qərarını qəbul edib. Müxalifət sərhədin delimitasiyası işləri ilə məşğul olan komissiyaya rəhbərlik edən baş nazirin müavini Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı parlamentə dəvət etməyi planlaşdırır./Publika.az

Check Also

Türkiyədə FETÖ ilə əlaqədar 170-ə yaxın şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat tədbirləri keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili …