Cümə , 3 May 2024
Drone Cameras

Erməni deputat: Kiçik addımlarla Azərbaycanla etimad mühiti yaratmağa çalışırıq

Ermənistan kiçik addımlarla Azərbaycanla etimad mühiti yaratmağa çalışır və Tavuş istiqamətində sərhədin delimitasiyası bu məntiqə uyğundur.

Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan bildirib.

“Real siyasət konsensusun əldə oluna biləcəyi və irəliləməyə davam edə biləcəyimiz sahələri (sərhədləri) tapmağa çalışmaq üzərində qurulur. Nəticə etibarı ilə, kiçik addımlarla qarşılıqlı etimad bəzi epoxal qərarlardan daha vacibdir”, – o qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda sərhəddə sabitliyin olmasını və təhlükəsizliyin artırılmasını istəməyən qüvvələr var: “Bütün qonşularla 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun gələn ən dəqiq, demarkasiya edilmiş sərhədin olmasını təmin etmək üçün hər iş görülməlidir”.

Check Also

Ərdoğandan İsraillə bağlı SON DƏQİQƏ açıqlaması

Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 9,5 milyard dollar olub. Boyukmillet.com xəbər verir ki, bu barədə …