Cümə , 13 Noyabr 2026
Drone Cameras

Erməni müxalifətçi və yaxınları prokurorluğa çağırıldı

Ermənistan parlamentinin “Ermənistan” blokundan deputatı, Daşnaksutyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan, onun həyat yoldaşı Liana Xaçatryan, atası Vaçik Saqatelyan, “NARVEST” kənd təsərrüfatı kooperativinin icraedici orqanının rəhbəri Nairi Saqatelyan və deputatın bir neçə qohumu Ermənistan Baş Prokurorluğuna çağırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, onlar qanunsuz mənşəli əmlakın müsadirəsi ilə məşğul olan struktur bölməyə dəvət ediliblər.

Rəsmi qurumlar çağırışın detalları və araşdırmanın məzmunu ilə bağlı əlavə məlumat yaymayıb.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …