Cümə , 29 Mart 2024
Drone Cameras

Erməni nazir uğursuz PUA sınağına görə istefa ərizəsi yazıb

Ermənistanda yerli pilotsuz uçan aparatların (PUA) sınağı baş tutmadığı üçün ölkənin nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan bu yaxınlarda istefaya göndəriləcək.

Boyukmillet.com  xəbər verir ki, bu barədə məlumatı “Hraparak” nəşri yazıb.

“Müharibə zamanı çoxlu maraqlı hadisələr və uğursuzluqlar baş verib. Onları yavaş-yavaş öyrənəcəyik. Hökumətin bəzi məmurları döyüş zamanı təcrübə keçirməyə cəhd göstərib. Onlardan biri də nazir Akop Arşakyan olub. O, Gorusda PUA-nın sınağını keçirmək üçün özü ilə çoxlu sayda adam aparıb. O, PUA-nı kamera və insanların gözü qarşısında havaya qaldırsa da, bir neçə metr qalxdıqdan sonra PUA yerə düşüb. Məsələ ilə bağlı nazirlikdən şərh vermədiklərini bildiriblər”, – məqalədə qeyd olunub.

Bildirilib ki, A.Arşakyan artıq istefa ərizəsi yazıb və məsələ bir neçə günə öz həllini tapacaq.

Check Also

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqladı

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqlayıb.  “Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan …