Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Erməni rəqibini udan azərbaycanlı MMA döyüşçüsü Vətənə qayıdıb

Qazaxıstanın Almatı şəhərindəki “Naiza Fighting Championship” turnirində Ermənistan təmsilçisi Varşan Gevorqyana qalib gələn Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov Vətənə qayıdıb.

Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 23 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Elnar İbrahimov keçirdiyi döyüşdə erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb. Bu, onun ümumilikdə 17-ci qələbəsi olub.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …