Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Ermənilər həyəcan içərisində sülhməramlıların rəhbərini axtarır: Rüstəm Muradov yoxa çıxıb? – AÇIQLAMA

“Azərbaycan tərəfi Qafan-Gorus yolu ilə bağlı ermənilərlə danışıqlardan imtina edib. Rus sülhməramlılarının komandanlığının gəlməsi tələb edilib. Rüstəm Muradov isə hazırda məzuniyyətdədir.

Bu barədə Konkret.az-a fikir bildirən araşdırmaçı jurnalist Asif Nərimanlının sözlərinə görə,  Rusiya sülhməramlıları erməniləri əmin ediblər ki, yol açılacaq. Lakin ermənilərin alternativ yoldan istifadə etmək üçün hərəkətə keçmələri, istəklərinə hələ nail olmadıqlarını göstərir: “Əsas hissəsi torpaq olan alternativ yola yük maşınını salıblar. Əgər yük maşını keçə bilsə, digər maşınlar da bu istiqamətə yönləndiriləcək. Alternativ yolun tam istifadə verilməsi ilin sonundan tez mümkün deyil”.

Asif Nərimanlı əlavə edib ki, yolun açılacağı istisna deyil: “Prezident İlham Əliyev də Azərbaycan ərazisinə düşən yoldan isifadəyə imkan yaratmağımızı əməkdaşlıqda maraqlı olmağımızın nümunəsi kimi göstərmişdi. Azərbaycan bir gedişlə Ermənistan üzərindəki təsir imkanlarını göstərmiş oldu. İrəvan Bakının tələblərini yerinə yetirməsə, çətinliklə yaşamağa davam edəcək”.

Check Also

“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”

Müğənni canlı yayımda danışacağını deyib Xəstəxananın vəkili Xeyransa Babayeva “Azad Azərbaycan” televiziyasının canlı efirində bildirib …