Cümə , 17 May 2024
Drone Cameras

Ermənilər təkcə azərbaycanlılara deyil, digər millətlərə qarşı da qırğınlar törədiblər – İcma sədri

Ermənilər təkcə azərbaycanlılara deyil, yəhudilərə, ruslara və digər millətlərə qarşı da qırğınlar törədiblər.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov Qərbi Azərbaycan icmasında TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə keçirilən görüşdə bildirib.

O deyib ki, qədim Azərbaycan və türk torpağı olan Qərbi Azərbaycana tarix boyu İrandan, Osmanlıdan bir çox erməni köçüb gəlib.

Ə.Ələkbərov bildirib ki, təkcə ötən əsrdə Qərbi Azərbaycanda ermənilər tərəfindən azərbaycanlılara qarşı 4 dəfə deportasiya həyata keçirilib. Ermənilər təkcə azərbaycanlılara deyil, yəhudilərə, ruslara və digər millətlərə qarşı da qırğınlar törədiblər. Onların niyyəti Cənubi Qafqazı digər xalqlardan təmizləmək və burada yalnız ermənilərin yaşamasını təmin etməkdir.

Qərbi Azərbaycanda yaşamış insanlar indi öz yurdlarına, evlərinə qayıtmaq istəyirlər. Biz Qərbi Azərbaycan İcması olaraq bununla bağlı indiki Ermənistana Qayıdış Konsepsiyamızı hazırlamışıq. Biz öz dədə-baba evlərimizə dinc yolla, sülh yolu ilə qayıtmaq istəyirik”, – deyə İcma sədri vurğulayıb.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …