Cümə , 19 Aprel 2024
Drone Cameras

Ermənilər Tiflisdə keçirilən beynəlxalq festivalda Gürcüstana qarşı təxribat ediblər

Gürcüstan paytaxtı Tiflisdəki Muza Teatrında ənənəvi millətlərarası “Apolon 2021” musiqi festivalı keçirilib.

Boyukmillet.com xəbər verir ki, millətlər arasında mədəni əlaqələrin inkişafı məqsədilə təşkil olunan festivalda, Azərbaycan, gürcü, erməni və digər millətlərin nümayəndələri çıxış edib, öz musiqilərini və mədəniyyətlərini təbliğ ediblər.

Azərbaycanı bu festivalda “Ceyran” rəqs qrupu və “Meydan” aşıqlar qrupu təmsil ediblər. Azərbaycanlı balacaların “Nəlbəki” və “Naz eləmə” rəqsləri, eləcə də Nargilə Mehdiyevanın rəhbərlik etdiyi gənc aşıqların ifaları maraqla və alqışlarla qarşılanıb.

“Nəlbəki” rəqsində Nəzrin Qəmbərlinin solo çıxışı və “Naz eləmə” rəqsində isə Güllü və Turan Abdullayevlərin dueti, eləcə də digər balaca fidanların çıxışları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Onlar festivalın diplom və hədiyyələrinə layiq görülüblər.

Qeyd edək ki, hər zaman başqasının malını, mülkünü, milli mətbəx nümunələrini özününküləşdirməkdə mahir olan ermənilər bu dəfə də öz çirkin əməllərindən əl çəkməyiblər. Erməni uşaqlar səhnəyə çıxarkən iki mahnı təqdim ediblər. Aparıcı ermənilərin təqdim etdiyi “Kintauri” rəqsinin gürcülərə məxsus olduğunu bildirib. Lakin ermənilər yenə də təxribatdan əl çəkməyiblər. Hətta münsiflər heyətinin bir neçə üzvü rəqsin ayrı-ayrı elementlərinin düzgün ifa edilmədiyini bildirib. Ermənilər isə özlərini eşitməzliyə vuraraq bu iradların üstündən sükutla keçiblər.

Check Also

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, …