Son zamanlar Kəlbəcərdəki erməni vandalizmi dünya mediasının diqqət mərkəzindədir. Azərbaycan dövlətinin humanizm nümayiş etdirərək buradan köçən ermənilərə verilən möhləti daha 10 gün uzatması müqabilində erməni əhalinin nümayiş etdirdiyi vandalizm heç bir ölçüyə sığmır. Üstəlik, nəzərə alsaq ki, Kəlbəcər ərazisində 28 il əvvəlki işğala qədər heç bir erməni yaşamayıb və bu 28 il ərzində burada qanunsuz “məskunlaşan” ermənilərin bu gün buradan çıxarkən yandıqdıqları evlərin, məktəblərin, məhv etdikləri abidələrin, qırıb daşıdıqları meşələrin onlara heç bir aidiyyatı yoxdur, onda onların bu vəhşi hərəkətlərini heç cür başa düşmək olmur.
Ermənilərin Kəlbəcərdəki vandalizmi nəyə dəlalət edir?
Modern.az-ın bu barədə sualını cavablandıran Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, doğrudan da, indi çoxları təəccüb və heyrət içindədir:
“Mənim üçün isə sualın cavabı çox sadədir: ilk növbədə ermənilərin özünün milli-etnik xarakterinə! Ermənilər başqa cür ola da bilməz və onlardan başqa bir şey gözləmək də mümkün deyil. Kimlər deyirsə ki, hər millətin yaxşısı da var, pisi də, onların qarşısına ermənilərdən, onların əməllərindən bəhs edən yüzlərlə, minlərlə mənbəni – tarixçilərin, səyyahların, hərbçilərin, yazıçıların və b.-nın ermənilər haqqında yazdıqlarını qoymaq lazımdır. Tarix boyu ermənilər hər fürsətdə özlərinin milli-etnik yaramazlıqlarını ortaya qoyublar. Onlara sığınacaq verən, onları yedirən-içirən, onlara sahib çıxan hər kəsə xəyanət ediblər. “Ermənilər ağ dərililər içərisində ən pis qullardır. Əgər kölə ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yalnız kötək və qorxu altında yaxşı işləyirlər. Əgər görsən ki, tənbəllik edirlər, bu yalnız ona görədir ki, onlar bundan həzz alırlar. Bu zaman dəyənəyi götürüb onları yaxşıca kötəkləmək və lazım olan işi görməyə məcbur etmək lazımdır”. Bunu biz demirik, bunu İsveç səyyahı Adam Mets deyib”.
Deputat qeyd edib ki, indi də erməniləri nəzarətsiz qoyan kimi təbiətləri dərhal onları şər işlərə yönəldir, onlar hər kəsə və hər şeyə ziyan vurmağa çalışırlar, meşələri doğrayırlar, heyvanları öldürürlər, evləri yandırırlar, abidələri sökürlər.
“Ona görə yox ki, onların buna ehtiyacları var, ona görə ki, onların hər şeyə və hər kəsə ziyan vermək xislətləri onları bu cür şər işlərə sövq edir və onlar bundan zövq alırlar. Bunun qarşısını almağın isə bircə yolu var: “onları yaxşıca kötəkləmək və lazım olan işi görməyə məcbur etmək”.
Başqa sözlə, cənab Prezident demişkən, yumruğu təpəsindən vurmaq lazımdır. Necə ki, 44 günlük Vətən müharibəsində bunu etdik. Əgər istəyiriksə ki, erməni bundan sonra da özünü adam kimi aparsın (hərçənd ki, buna ehtimal çox azdır), onda bu yumruğu onun başı üstündən əskik etməməliyik”, – deyə Əziz Ələkbərli bildirib.