Bazar , 13 Aprel 2025
Drone Cameras

Ermənistan BSTDB-in Bakıda keçirilən toplantısında iştirak etmir

Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) 24-cü İllik Toplantısında Ermənistan tərəfi iştirak etmir.

Boyukmillet.com  xəbər verir ki, Bankın 11 üzvündən biri – Ermənistan Bakıda keçirilən toplantıya qatılmayıb.

Qeyd edək ki, iki gün davam edəcək və bu gündən başlayan İllik Toplantıda BSTDB-yə üzv dövlətlərin – Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.

BSTDB – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan – hərəyə 16,5 %, Rumıniya – 14 %, Ukrayna və Bolqarıstan – hər biri 13,5 %, Azərbaycan – %, Albaniya – %, Ermənistan – 1 %, Gürcüstan və Moldova – hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

Check Also

AQC sədri Türkiyəyə işgüzar səfər edib

Xarici təşkilatlar və Türkiyə banklarının nümayəndələri ilə görüşlər keçirilib Boyukmillet.com xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin …