Cümə , 17 Aprel 2026
Drone Cameras

Ermənistan Fələstini Türkiyənin istəyi ilə tanıyıb? – Ankaradan açıqlama

Ermənistanın Fələstin dövlətini tanımaq qərarına gəlməsi bizi sevindirir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi dövlətlərdən sonra Ermənistanın Fələstin dövlətini tanımaq qərarına gəlməsi bizi sevindirir. Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. 

Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik”, – bəyanatda deyilir.

Qeyd edək ki, ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olmuşdu.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …