Şənbə , 7 Mart 2026
Drone Cameras

Ermənistan hərbçiləri NATO-nun təlimlərində iştirak etməyəcək

“Ermənistan hərbçiləri NATO-nun “Defender Europe 2021” adlı təlimlərində iştirak etməyəcəklər”.

Boyukmillet.com  xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin müdafiə siyasəti üzrə idarəsinin rəisi Levon Ayvazyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.

O, erməni hərbçilərin NATO-nun təlimlərində iştirak edəcəyi barədə yerli KİV-də yayılan məlumatları təkzib edib. Nazirlik rəsmisi söyləyib ki, bütün bunlar şaiyə və deinformasiyadır.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın hərbi jurnalisiti Aleksandr Xarçenko Ermənistan hərbçilərinin NATO-nun “Defender Europe 2021” təlimlərində iştirak edəcəyini açıqlamışdı.

Həmin təlimlərdə ABŞ qoşunlarının Rusiya sərhədlərinə yerləşdirilməsi tapşırğı yerinə yetiriləcək.

Check Also

Yaxın Şərq OD içində: Azərbaycana TƏXLİYƏ olunanların sayı AÇIQLANDI

50-dən çox ölkə İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycana müraciət edib. Prosedura uyğun olaraq, təxliyə …