Cümə , 3 May 2024
Drone Cameras

Ermənistan İstintaq Komitəsi: Tavuşda iğtişaşlar zamanı 7 nəfər saxlanılıb

Tavuşda keçirilən etiraz aksiyalarında 7 nəfər xuliqanlıqda şübhəli bilinərək saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar arasında “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. adlı şəxs də var.

Xatırladaq ki, hadisə ötən gün baş verib. Etirazçılar Ermənistan-Gürcüstan avtomobil yolunu bağlayıblar. Qarşıdurma zamanı etirazçılar yolun açılmasını tələb edən kəndlilərdən birinin avtomobilinə də ziyan vurublar.

Check Also

Ərdoğandan İsraillə bağlı SON DƏQİQƏ açıqlaması

Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 9,5 milyard dollar olub. Boyukmillet.com xəbər verir ki, bu barədə …