Cümə , 5 Dekabr 2025
Drone Cameras

Ermənistan Mərkəzi Bankının sədri: Azərbaycanla sülh sazişi ölkəmizə investisiya qoyuluşunu artıracaq

Ermənistan Azərbaycanla sülh sazişi imzalandığı təqdirdə öz iqtisadiyyatına əhəmiyyətli xarici investisiya axınını təmin edə biləcək.

Boyukmillet.com-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan parlamentdəki çıxışında bildirib.

“Sülh prosesi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan siqnallar və cavablar çox müsbətdir. Əgər sülh sazişi imzalanarsa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların əhəmiyyətli axınını təmin edə bilər”, – M.Qalstyan qeyd edib.

Mərkəzi Bankın rəhbəri bununla əlaqədar Ermənistanın iqtisadi artım göstəricilərinin yenidən nəzərdən keçirilə biləcəyini istisna etməyib.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …