Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ermənistan MSK Robert Köçəryana qarşı cinayət təqibinə icazə verib

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) sabiq prezident Robert Köçəryana qarşı cinayət təqibinə icazə verib.

Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Aram Orbelyan komissiyanın iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Daha əvvəl Baş Prokurorluq R. Köçəryanın, eləcə də seçilmiş deputatlar Asatur Köçəryan və Ruslan Barseqyanın cinayət təqibinə icazə verilməsi barədə vəsatətlə MSK-ya müraciət edib.

“Komissiya cinayət təqibinə icazə verib”, – Orbelyan bildirib.

Orbelyan xatırladıb ki, ittiham vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlıdır.

Onun sözlərinə görə, cinayət işində bəhs edilən “Master Klass” tennis klubunun satışı Köçəryanın təmsil olunmadığı hökumətin qərarı ilə həyata keçirilib.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …