Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb

Türkiyənin 54 vilayətində sosial media platformaları üzərindən muzdlu qatil və cinayətkar qruplaşmaları tərifləyən şəxslərə qarşı keçirilən əməliyyatlarda 258 şübhəli saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Əməliyyatlarda saxlanılan şübhəlilərin ünsiyyət platformalarında yaradılan qruplar vasitəsilə muzdlu qatil cəlb etmə və ya muzdlu qatillik işi görməyə yönəlmiş paylaşımlar etdikləri, sosial media hesabları üzərindən cinayət və cinayətkarı tərifləyən, təhdid, təhqir, qruplaşma təbliğatı məzmunlu paylaşımlar etdikləri aşkarlanıb.

“Sosial media üzərindən cinayətə təşviq edənlərə, cinayətkar qruplaşmaların təbliğatını aparanlara və gənclərimizi hədəf alan cinayətkar strukturlara qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk”, – Türkiyə DİN-dən bildirilib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …