Bazar ertəsi , 22 İyun 2026
Drone Cameras

Ermənistan müxalifəti Yerevanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək

Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı” Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək.

Boyukmillet.com “Aysor.am”a istinadən xəbər verir ki, bu barədə müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib.

“Nikol mövcud deyil, vəssalam”, – o deyib.

İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq.

“Sabah biz etiraz aksiyalarını davam etdirəcəyik”, – o əlavə edib.

Check Also

İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur

İstanbulda Culture Inc. şirkətinin baş direktor müavini Erhan Karaal naməlum şəxslər tərəfindən qaçırılıb. Türkiyə mətbuatının …