Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Ermənistan parlamentindəki müxalifət Paşinyanın istefasını tələb edir

Ermənistan parlamentində təmsil olunan müxalif Çiçəklənən Ermənstan və İşıqlı Ermənistan partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Boyukmillet.com  xəbər verir ki, məlumatı “Novosti Armenii” yayıb.

Noyabrın 17-də qanunverici orqanın 4 günlük sessiyası başlayıb. Parlamentin gündəliyindəki iki məsələdən biri 2021-ci il üçün dövlət büdcəsi layihəsidir.

Milyonçu deputat Qaqik Sarukyanın sədri olduğu Çiçəklənən Ermənistan Partiyası və deputat Edmon Marukyanın başçlıq etdiyi İşıqlı Ermənistan Partiyası isə parlamentin növbədənkənar iclasının çağırılmasını və gündəliyə yalnız hökumət başçısı Nikol Paşinyanın istefasının daxil edilməsini tələb ediblər.

Müxalifətdən olan deputatlar baş nazirin istefa verməsində israr etməklə yanaşı, onun dövləti idarə etməsi üçün səlahiyyətinin olmadığını bildiriblər. Onlar deyib ki, ali baş komandan kimi o problemi həll edə bilməyib, Qarabağ müharibəsini uduzub, Qarabağdakı ikinic böyük şəhəri -Şuşanı müdafiə edə bilməyib.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …