Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda kömək edir

Ermənistanın Rusiyaya ixracı Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrlə müqayisədə 430% artıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb.

Bundan əlavə, Ermənistanın Qazaxıstana ixracı 1 200%, Qırğızıstana 1 600%, Özbəkistana 250% və BƏƏ-yə 900% artıb.

İqtisadçı hesab edir ki, bütün bu mallar Rusiya Federasiyasına verilir.

Bununla da Ermənistan Rusiyaya Qərb sanksiyalarından yayınmaqda yaxından kömək edir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …