Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcək

Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasındakı münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, XİN sözçüsü Vahan Unanyan deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək.

“Ermənistan həmişəki kimi Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazırdır. Bu, hökumətin proqramında da öz əksini tapıb. Bu mənada, Türkiyə XİN başçısının münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq”, – Ermənistan XİN-nin rəsmisi bildirib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …